top
118 il əvvəl bu gün doğulan Mikayıl Müşfiq: 29 ilə sığan ömür, əsrlərə qalan poeziya
05 iyun 2026, 12:34
- ↺ +

118 il əvvəl bu gün doğulan Mikayıl Müşfiq: 29 ilə sığan ömür, əsrlərə qalan poeziya

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri, nakam taleyi ilə yadda qalan böyük şair Mikayıl Müşfiqin doğum günüdür.

Shimal.News xatırlardır ki, 1908-ci il iyunun 5-də Bakının qədim Dağlı məhəlləsində dünyaya gələn Mikayıl Müşfiqin həyatı uşaqlıqdan ağır sınaqlarla başlayıb. O, çox kiçik yaşlarında anasını, altı yaşında isə atasını itirib. Yetim qalan balaca Mikayıl yaxınlarının himayəsində böyüyüb.

Şair sonralar uşaqlıq illərini belə xatırlayırdı:

"Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim".

Bütün çətinliklərə baxmayaraq, elmə və ədəbiyyata olan sevgisi onu Azərbaycan poeziyasının zirvəsinə yüksəltdi. Təhsilini başa vurduqdan sonra müəllim kimi fəaliyyət göstərən Müşfiq eyni zamanda şeirləri ilə oxucuların diqqətini çəkməyə başladı.

1926-cı ildə "Bu gün" şeiri ilə ədəbiyyata qədəm qoyan gənc şair qısa müddətdə dövrünün ən sevilən qələm sahiblərindən birinə çevrildi. Onun "Küləklər", "Günün səsləri", "Pambıq", "Şeirlər", "Qaya" və digər kitabları Azərbaycan poeziyasına yeni nəfəs gətirdi.

Mikayıl Müşfiqin yaradıcılığında həyat eşqi, azadlıq duyğusu, insan sevgisi və gələcəyə inam xüsusi yer tuturdu. Elə buna görə də onun şeirləri aradan onilliklər keçsə də, bu gün də sevilərək oxunur.

Lakin şairin taleyi yaradıcılığı qədər işıqlı olmadı.

1937-ci ilin repressiyaları zamanı minlərlə ziyalı kimi o da sovet totalitar maşınının qurbanına çevrildi. Həbs olunan şair 1938-ci il yanvarın 6-da, cəmi 29 yaşında güllələndi.

Mikayıl Müşfiq həyatdan çox erkən getsə də, Azərbaycan ədəbiyyatına silinməz iz qoydu. Onun qələmə aldığı misralar bu gün də dillər əzbəridir, adı isə Azərbaycan poeziyasının ən böyük simvollarından biri kimi yaşayır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər