top
Qubanın kənd yolunda vəziyyət kritikləşir
Video
05 iyun 2026, 17:47
- ↺ +

Qubanın kənd yolunda vəziyyət kritikləşir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Tülər–Yenikənd–Möhüc kəndlərinə gedən avtomobil yolunda yaranmış təhlükəli vəziyyət yerli əhalini ciddi narahat etməyə davam edir.

Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, aylar əvvəl gündəmə gətirilən problem hələ də həll olunmayıb. Əksinə, son həftələrdə torpaq sürüşməsi daha da genişlənib, yolun müxtəlif hissələrində yeni çatlar və uçqun təhlükəsi yaranıb.

Şikayətçilər bildirirlər ki, vəziyyət artıq kritik həddə çatıb:

"Problem həllini tapmır. Günbəgün yolun müxtəlif hissələrində vəziyyət daha da pisləşir. Gərək kimsə orada həlak olsun ki, aidiyyəti qurumlar hərəkətə keçsin?"

Onların sözlərinə görə, yolun meşəlik əraziyə yaxın hissələrində torpaq qatının sürüşməsi davam edir. Təhlükəli sahələrdə yalnız iri daşlar düzülərək sürücülərə xəbərdarlıq edilməyə çalışılır. Lakin bu tədbirin təhlükəni aradan qaldırmadığı vurğulanır.

Xüsusilə kəndlərə sərnişin daşıyan avtobusların həmin yoldan istifadə etməsi sakinlərin narahatlığını daha da artırır.

"Yolu tanımayan sürücü istənilən an qəzaya düşə bilər. Buradan keçən avtobuslardan biri aşsa, faciənin qarşısını almaq mümkün olmayacaq."

Sakinlər qeyd edirlər ki, problem artıq iki aydan çoxdur davam edir və hər keçən gün yolun vəziyyəti daha da ağırlaşır. Onlar aidiyyəti qurumları gec olmadan ərazidə təxirəsalınmaz tədbirlər görməyə çağırırlar.


Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər