top
Qusarda ana evi tərk etdi, 10 günlük uşaq övladlığa verildi
Video
06 iyun 2026, 15:01
- ↺ +

Qusarda ana evi tərk etdi, 10 günlük uşaq övladlığa verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uzun illər Ali Məhkəmənin hakimi olmuş, Əməkdar hüquqşünas Əsəd Mirzəliyev fəaliyyət dövründə baxdığı ən ağır işlərdən birinin Qusar rayonu ilə bağlı olduğunu açıqlayıb.

Onun sözlərinə görə, hadisə Qusarda gənc ailədə baş verib. Yeni dünyaya gəlmiş, 10 günlük körpənin valideynləri arasında ciddi mübahisə yaranıb. Mübahisədən sonra ana evi tərk edərək körpəni atanın yanında qoyub.

Hakimin sözlərinə görə, hadisələrin sonrakı inkişafı daha dramatik olub. Körpəyə təkbaşına baxmaqda çətinlik çəkən ata məhkəməyə müraciət edib və nəticədə uşaq övladlığa verilib.

Aradan illər keçdikdən sonra ana övladının taleyi ilə maraqlanmağa başlayıb. Həmin vaxt uşağın artıq 5 yaşı var imiş. Ana məhkəməyə müraciət edərək övladının ona qaytarılmasını tələb edib.

Əsəd Mirzəliyev bildirib ki, məhkəmə prosesi son dərəcə ağır emosional atmosferdə keçib. Bir tərəfdə bioloji ana, digər tərəfdə isə uşağı beş il böyüdən ailə dayanırdı.

Hakimin sözlərinə görə, uşağı övladlığa götürən ata məhkəmədə çıxış edərək körpənin onlardan alınacağı halda buna tab gətirə bilməyəcəyini bildirib.

Məhkəmə bütün tərəflərin mövqeyini, qəyyumluq orqanının rəyini və uşağın maraqlarını araşdırdıqdan sonra qərar qəbul edib. Nəticədə uşağın bioloji anaya verilməsi ilə bağlı tələb təmin olunmayıb.

Əsəd Mirzəliyev qeyd edib ki, qərarın əsasını uşağın mənafeyi təşkil edib:

"Bütün belə mübahisələrdə əsas məsələ uşağın maraqlarıdır. Beş il həmin ailədə böyüyən uşağın birdən-birə başqa mühitə verilməsi onun psixologiyasına ağır təsir göstərə bilərdi".

Keçmiş hakimin sözlərinə görə, bu iş illər keçsə də, yaddaşında ən çətin və təsirli məhkəmə proseslərindən biri kimi qalıb. O, uşaqların taleyi ilə bağlı qərarların hüquqi çərçivə ilə yanaşı, böyük mənəvi məsuliyyət daşıdığını vurğulayıb.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər