top
Şəkidən Karaqandaya: Diplomatiya yolunu seçən azərbaycanlı tələbənin uğur hekayəsi
Foto
06 iyun 2026, 10:07
- ↺ +

Şəkidən Karaqandaya: Diplomatiya yolunu seçən azərbaycanlı tələbənin uğur hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkidə doğulan və hazırda Qazaxıstanda təhsil alan azərbaycanlı tələbə Aysun Tanrıverdiyeva gələcəyini diplomatiya sahəsində görür.

AZƏRTAC-ın məlumatına görə, Aysun Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır, beynəlxalq layihələrdə iştirak edir və müxtəlif ölkələrin diplomatları ilə görüşlər keçirir.

Aysun Tanrıverdiyeva bildirib ki, uşaqlıq illəri Şəki rayonunun Təpəcənnət kəndində keçib. Onun sözlərinə görə, sonradan ailə vəziyyəti ilə əlaqədar Qazaxıstanda təhsilini davam etdirməsi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.

"Başqa ölkədə yaşamaq mənə müxtəlif mədəniyyətləri daha yaxından tanımağa və insanlarla ortaq dil tapmağın vacibliyini anlamağa kömək etdi. Beynəlxalq münasibətlərə marağım da məhz həmin dövrdə formalaşdı", – deyə o qeyd edib.

Gənc tələbə diplomatiyaya marağının uşaqlıqdan yarandığını bildirib. O, ailəsinin və xüsusilə Azərbaycan Ordusunun zabiti olmuş atası Azər Tanrıverdiyevin həyat yolunun onun vətənpərvərlik ruhunda böyüməsinə təsir etdiyini vurğulayıb.

Aysun Tanrıverdiyeva hazırda Azərbaycan, türk, rus, qazax və ingilis dillərində sərbəst danışır, eyni zamanda fransız dilini öyrənir. O hesab edir ki, xarici dilləri bilmək müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq və beynəlxalq layihələrdə fəal iştirak etmək üçün böyük üstünlük yaradır.

Onun fikrincə, Azərbaycan və Qazaxıstan gəncləri iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Təhsil proqramları, qrant layihələri və beynəlxalq mübadilə imkanları bu prosesə ciddi töhfə verir.

Gənc azərbaycanlı beynəlxalq tədbirlərdə və diplomatlarla keçirilən görüşlərdə də iştirak edib. O, Litvanın Azərbaycandakı keçmiş səfiri, hazırda isə Qazaxıstandakı diplomatik missiyanın rəhbəri Egidiyus Navikasla görüşünü, eləcə də Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə iştirakını ən yaddaqalan təcrübələrindən biri kimi qiymətləndirib.

Aysun Tanrıverdiyeva gələcəkdə beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi əlaqələr sahəsində fəaliyyət göstərərək Azərbaycanın maraqlarını beynəlxalq arenada təmsil etmək istədiyini bildirib.

"Əsas məqsədim ölkələr arasında əlaqələrin möhkəmlənməsinə real töhfə vermək, Azərbaycanın maraqlarını layiqincə təmsil etmək və beynəlxalq əməkdaşlığa praktik fayda gətirməkdir", – deyə o vurğulayıb.





Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər