top
Bu gün Nyu-York Elmlər Akademiyasının professoru qusarlı İkram Novruzbəyovun doğum günüdür
22 sentyabr 2023, 10:00
- ↺ +

Bu gün Nyu-York Elmlər Akademiyasının professoru qusarlı İkram Novruzbəyovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İkram Həbib oğlu Novruzbəyov 22 sentyabr 1929-cu ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olub.

O, kənd məktəbini və Quba Müəllimlər İnstitutunu bitirəndən sonra Ukraynanın Ujqorod Milli Universitetinə daxil olmuş, təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tamamlamışdır.

Novruzbəyovun ali məktəblərdə elmi-pedaqoji fəaliyyəti 1963-cü ildən Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində başlayıb. 1967-ci ildən alim baş elmi işçi kimi çalışmağa başlayıb. 1970-ci ildə Novruzbəyov İndiki BDU-nun Hesablama Mərkəzində direktorun elmi işləri üzrə müavin təyin edilib. 1973-1990-cı illərdə isə orada direktor kimi çalışıb. İkram Novruzbəyov 1980-ci ildə indiki Azərbaycan Texniki İnstitutunun tətbiqi riyaziyyat kafedrasına müəllim təyin olunub.

Alimə 1995-ci ildə UNESCO-nun Beynəlxalq Kadrlar Akademiyası tərəfindən fizika-riyaziyyat elmləri səviyyəsində fəlsəfə elmləri doktoru dərəcəsi verilmişdir. O, 1997-ci ildə Nyu-York Akademiyasının həqiqi üzvü seçilmişdir. Daha sonra İkram Novruzbəyov ömrünün sonuna kimi Azərbaycan Dövlət Texniki Universitetinin ali riyaziyyat kafedrasının professoru vəzifəsində çalışmışdır.

SSRİ dağılandan sonra onun elmi-pedaqoji fəaliyyəti Rusiya Federasiyasının “Cənubi Dağıstan” Universiteti ilə bağlıdır. 1994-2000-ci illərdə professor Novruzbəyov bu universitetin riyaziyyat kafedrasının müdiri, aspiranturanın rəhbəri, eyni zamanda Bakı Filialının prorektoru vəzifələrində çalışıb.

İkram Novruzbəyovun kosmonavtika ilə bağlı elmi nailiyyətləri “Soyuz-Apollon'’ kosmik gəmisində tətbiq olunmuşdur.

Professor 100-dən artıq elmi əsərin müəllifidir. Həmin elmi işlərin bəziləri ABŞ-də, Almaniyada, SSRİ-nin elmi jurnallarında dərc olunub. Mexanizmlərin optimal sintezi məsələri ilə bağlı tədqiqat işlərindən bir neçəsi ABŞ-də Nyu-York Akademiyasının akademiki H. Sandorla birlikdə dərc olunub.

İkram Novruzbəyov 2007-ci ildə vəfat edib.

 

 

İstinad edilən mənbələr:


  • Davudov B.B., Ələsgərov B.A, Muradağayev M.S. Qusarın şanlı övladları. Bakı-2005.

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

Son xəbərlər

İdman
Bu gün, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Bu gün, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
Dünən, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
Dünən, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
Dünən, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
Dünən, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Cəmiyyət
Dünən, 15:37

Qusarda Zəfər Günü ərəfəsində 3800 ağac əkilib

İdman
Dünən, 14:14

Ceyhun Həsənli baş məşqçi təyin edildi

Cəmiyyət
Dünən, 13:41

Tacikistandan Şəkiyə uzanan həyat yolu: 40-dan çox ölkədən turist cəlb edir

İqtisadiyyat
Dünən, 13:00

Əməkhaqqı və məzuniyyət qaydaları dəyişə bilər

Cəmiyyət
Dünən, 12:24

Siyəzəndə kənd sakinləri özləri stadion tikirlər - VIDEO

Hadisə
Dünən, 11:25

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Hadisə
Dünən, 10:25

İsmayıllıda piyada "avtomobili vurub" - VİDEO

Hadisə
Dünən, 10:00

Qaxda avtomobil aşdı, xəsarət alan var

Cəmiyyət
Dünən, 09:32

Oğuzda məktəblilər arasında idman yarışları keçirilib - FOTO

İdman
Dünən, 09:20

"Qəbələ-2" səfərdə 7 qol vurdu

Cəmiyyət
Dünən, 09:00

Şorsu kəndində qaz olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü - XRONİKA

İqtisadiyyat
04 noyabr 2026, 18:10

Zaqatala maşın bazarında durğunluq: "4 min manata maşın tapa bilmədi"

Cəmiyyət
04 noyabr 2026, 17:32

Küləklə bağlı xəbərdarlığı verilib

Cəmiyyət
04 noyabr 2026, 16:48

Qubanın bu kəndində subartezian quyusu işlək vəziyyətə gətirildi

Cəmiyyət
04 noyabr 2026, 15:48

Şəki və Qaxın qazlaşdırılmayan kəndləri Milli Məclisdə müzakirə olunub

İdman
04 noyabr 2026, 15:36

"Şahdağ Qusar" meydanda gözləyir, "Mingəçevir" oyuna çıxmayıb

Cəmiyyət
04 noyabr 2026, 14:58

Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət
04 noyabr 2026, 14:35

Energetika naziri Şimalda 7 rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
04 noyabr 2026, 13:46

Qusarda bu küçə asfaltlandı

Oxşar xəbərlər