top
Bu gün ilk azərbaycanlı qadın kapitanlardan biri “dənizlərin qızı” Şövkət Səlimovanın anım günüdür
02 iyul 2023, 11:12
- ↺ +

Bu gün ilk azərbaycanlı qadın kapitanlardan biri “dənizlərin qızı” Şövkət Səlimovanın anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şövkət Şahbaz qızı Səlimova 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində (digər mənbələrə görə Bakıda) neftçi ailəsində anadan olub. O, İkinci Dünya müharibəsi zamanı Azərbaycanın ilk qadın kapitanlarından biri olub. Buna görə o, “dənizlərin qızı” kimi də tanınıb.

Səlimova uşaq yaşlarında aviamodel kurslarına yazılır. 11 yaşında onun hazırladığı aviamodel rekord qıraraq birinci olur. Lakin o, SSRİ-nin ilk qadın dəniz kapitanı Anna Şetinanın fotosunu görür və ailəsinin narazılığına baxmayaraq, dənizçi olmağa qərar verir.

Səlimova 1934-cü ildə ümumittifaq yarışının qalibi olmuşdur. O, 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Daha sonra “Serqo” tankerində işləmişdir. İkinci Dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı kimi çalışmışdır.

Həmin zaman Şövkət Səlimova Xəzər dənizi vasitəsilə cəbhəni hərbi ləvazimat və yanacaqla təmin etmiş, həmçinin “Dnepr” paroxodu ilə döyüşlərə qatılmış və Stalinqrada hərbi texnika, yanacaq və döyüş sursatları daşımışdır. O, yaralıları Bakı və Krasnovodska çatdırırdı. Müharibədən sonra Səlimova Aralıq, Mərmərə, Egey, Qara dəniz limanlarına gedib çıxmışdır.

Səlimova 1950-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Ali Partiya Məktəbini (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən ali məktəb) bitirmişdir.

Səlimova 1954-1974-cü illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dosent, prorektor və kafedra müdiri, 1964-cü ildən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kafedra müdiri olub, 1971-ci ildən isə Azərbaycan SSR-nin Əməkdar iqtisadçısı adına layiq görülüb.

Şövkət Səlimova “Qırmızı Ulduz”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” mükafatları və 2-ci dərəcəli “Vətən müharibəsi” ordenləri ilə təltif edilmişdir.

Şövkət Səlimova 2 iyul 1999-cu ildə vəfat edib.

 

 

 

İstinad edilən mənbələr:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Dünən, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Dünən, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Dünən, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Dünən, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Dünən, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Dünən, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Dünən, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Dünən, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
01 noyabr 2026, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

Oxşar xəbərlər