top
Bu gün görkəmli alim və yazıçı Manaf Süleymanovun anım günüdü
12 sentyabr 2023, 14:17
- ↺ +

Bu gün görkəmli alim və yazıçı Manaf Süleymanovun anım günüdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Manaf Fərəc oğlu Süleymanov 3 mart 1912-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

O, ilk təhsilini Lahıcda aldıqdan sonra 1930-cu ildə 18 saylı Bakı şəhər məktəbini bitirmişdir. 1932-1937-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji kəşfiyyat fakültəsində kəşfiyyatçı-dağ mühəndisi ixtisası üzrə təhsil almışdır. Daha sonra o, əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Həmçinin universitetdə assistent, neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.

Manaf Süleymanov ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlamışdır. Yazıçı ömrünün müəyyən anlarını “Şagirdlik illərim” adlı xatirəsində əbədiləşdirib. Onun Lahıc qəsəbəsi haqqında “Azərbaycan diyarı - Lahıc” əsəri, Bakının qədim keçmişindən, inqilab dövründə “neft səltənətində” baş verən hadisələrdən bəhs edən “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı 1987-ci ildə çap edilib.

Manaf Süleymanov vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında ilk arxiv sənədləri toplayan, Üzeyir Hacıbəylinin məktublarının surətini tapan şəxs olub. Eləcə də müstəqilliyimizi qazandıqdan sonra müəllifin “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik cümhuriyyət” adlı kitabları çap edildi.

Süleymanov tərcüməçiliklə də məşğul olub. O, Cek London, Con Steynbek, O’Henril, M.Kopelen, A.Qrasi, Oqoto, Y.A.Makmani, Piter Abrahams, R.Riv, A.Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli xarici yazıçıların əsərlərini tərcümə etmişdir.

Manaf Süleymanov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Manaf Süleymanov 12 sentyabr 2001-ci ildə Bakıda vəfat edib.

İstinad edilən mənbələr:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Dünən, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Dünən, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Dünən, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Dünən, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Dünən, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Dünən, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Dünən, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Dünən, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
01 noyabr 2026, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

Oxşar xəbərlər