top
Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025, 00:01
- ↺ +

Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 26-sı ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək indiki Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub.

Daha sonra, 1988-ci ildə isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1990–1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmiş və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ildə oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Shimal.News kollektivi adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edir, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər