top
Bu gün Azərbaycanda son orta əsr arxeologiyasının ilk tədqiqatçısı Qafar Cəbiyevin doğum günüdür
17 avqust 2023, 12:00
- ↺ +

Bu gün Azərbaycanda son orta əsr arxeologiyasının ilk tədqiqatçısı Qafar Cəbiyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. O, Azərbaycanda son orta əsr arxeologiyasının ilk tədqiqatçısıdır.

Qafar Cəbiyev 1969-1973-cü illərdə Gəncə Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alıb.

Cəbiyev 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 1977-1978-ci illərdə “Bilik” cəmiyyətinin İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan Kommunist Partiyasının İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə “Zəhmətkeş” qəzetində redaktor müavini vəzifəsində işləyib. 1981-1990-cı illərdə Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində çalışıb.

Cəbiyev 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə o, eyni zamanda BDU-nun Şəki filialında dosent kimi pedaqoji fəaliyyətlə məşğul idi.

2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə həmin müddət daha altı il uzadılmışdır.

Professor Qafar Cəbiyev tarixi elmləri doktorudur. O, beş monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. Alimin “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Muradxan dəfinəsi”, “Orta əsr Ağsu şəhəri” adlı əsərləri var.

Qafar Cəbiyev Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. O, həmçinin “Qızıl qələm” və “Humay” mukafatlarının laureatıdır.

Cəbiyev 2013-cü ildən Milli Televiziya və Radio Şurasının sədr müavinidir.

İstinad edilən mənbələr:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Dünən, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Dünən, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Dünən, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Dünən, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Dünən, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Dünən, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Dünən, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Dünən, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
01 noyabr 2026, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

Oxşar xəbərlər