top
Azərbaycanın ilk milli velosiped zavodu haqda bilmədikləriniz
15 oktyabr 2023, 15:00
- ↺ +

Azərbaycanın ilk milli velosiped zavodu haqda bilmədikləriniz

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qafqazın yeganə velosiped zavodu İsmayıllı rayonunun mərkəzindən 6 kilometrlik məsafədə, Diyallı kəndində yerləşir. ShimalNews "İsma Bikes” haqda maraqlı məlumatları oxucuları üçün təqdim edir.

Müəssisə açılan zaman 3 əsas modeldə velosiped istehsal etsə də, mühəndis-konstruksiya işləri genişləndirilərək modellərin sayı 50-yə çatdırılıb. Həvəskar və peşəkar idmançılar, böyüklər və balacalar üçün müxtəlif tipli idman aləti ərsəyə gətirilir.

Böyüklər üçün təqdim edilən çeşidlər arasında “Sport” modeli sürət ötürücüsü, əyləc və digər sistemlərinin daha təkmil olması ilə fərqlənir. “Monster” modeli isə sadə əyləc və iki amortizatorla təmin olunub. «Hibrid 8.5» velosipedini həm asfalt, həm də kənd yolu, qum və dağ-daşda sürmək olar. “Ceyran”, “Qartal”, “Buta” kimi modellərlə yanaşı, “Mustang”, “Tayfun”, “Bizon”, “Lazer” adlı velosipedlər də alıcılar arasında rəğbət qazanıb.

“İsma” brendi uşaqlar üçün 20 sm diametrli təkərləri olan “Yaquar” (daha təkmil disk, əyləc və amortizator) və “Qartal”, 24-lük və 26-lıq “Akkord”, “Çinar 6.3” və “Çinar 6.5” (amortizatorunun blok olunması funksiyasına malikdir,  əyləc isə hidravlika ilə işləyir), velosipedlərini də təqdim edir.

Şirkət, həmçinin qatlanan velosipedlər də istehsal edir. Nəqliyyat vasitəsinin bütün detalları, hətta pedalları da qatlana bilir. Bu isə öz növbəsində velosipedi iri çantada belə daşımağa imkan verir.

“Made in Azerbaijan” brendi ilə istehsal olunan hər velosipedə 1 illik zəmanət verilir, qiymətləri isə 98 manatdan 3656 manatadək dəyişir.

2200 kvadratmetr ərazisi olan zavod 2016-cı ilin avqust ayının 10-da fəaliyyətə başlayıb. Müəssisənin açılış mərasimində İlham Əliyev iştirak etmişdir. O, müəssisəni işə salmış və burada istehsal edilən velosipedi sınaqdan keçirmişdir.

[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/10/Sequence-03.mp4"][/video]

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Dünən, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Dünən, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Dünən, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Dünən, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Dünən, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Dünən, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Dünən, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Dünən, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
01 noyabr 2026, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

Oxşar xəbərlər