Zaqatalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə qeydə alınıb.
Shimal.News xəbər verir ki, qəza ötən gecə Asma körpüdə qeydə alınıb.
Bloqer Vəfa Rəcəblinin idarə etdiyi "Hyundai" markalı avtomobil körpünü keçən kimi yol kənarında dayanan "VAZ-2107" markalı maşına çırpılıb. Nəticədə Vəfa Rəcəbli xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
