Ötən gecə Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib. Muxax kəndi ərazisində marşrut mikroavtobusu və “Mercedes Vito”nun toqquşması nəticədə 9 nəfər (5 kişi, 4 qadın) xəsarət alıb.
Shimal.News xəbər verir ki, həmin şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Hazırda bir nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
View this post on Instagram