Qax-Zaqatala avtomobil yolunda qəza qeydə alınıb.
Apa.az-ın məlumatına görə, hadisə günorta saatlarında Zaqatalanın Muxax kəndi ərazisində baş verib.
"Mercedes", "Niva" markalı minik avtomobilləri və "Ford" markalı inkassatorun toqquşub. Nəticədə "Niva"nın sürücüsü, 66 yaşlı Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb.
Digər yaralılar isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.