Zaqatala rayonunun Muğanlı kəndində 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Onun sürücüsü, kənd sakini Elsevər Məmmədov dünyasını dəyişib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.