Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) qarşıdakı günlərdə hava şəraiti ilə bağlı yollarda ehtiyatlı olmağa çağırıb.
Shimal.News sinoptiklərin məlumatına əsasən xəbər verir ki, qarşıdakı günlərdə hava yağmurlu olacaq, bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
BDYP həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.