top
Yol polisindən əhaliyə ÇAĞIRIŞ
05 aprel 2025, 13:19
- ↺ +

Yol polisindən əhaliyə ÇAĞIRIŞ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Shimal.News xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Sürücülərin diqqətinə çatdırılır:

* Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın.

* Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun.

* Piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin.

* Sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.

Piyadalara xatırlatma:

* Yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin.

* Mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin.

* Yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.

Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər