Xudat-Yalama avtomobil yolunun Xudat şəhərindən keçən hissəsində sürücülər üçün təhlükəli vəziyyət yaranmışdı. Yolun hərəkət zolağında iki irigövdəli ağac nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradırdı.
Sürücülər Shimal.News-a məlumat veriblər ki, aidiyyəti qurum məsələ ilə bağlı maraqlı tədbir görüb. Onlar bu addımın nə qədər “təhlükəsiz” olduğunu anlaya bilmirlər.
Ağacların ətrafı bordürlə əhatələnib. Bununla yolun hərəkət hissəsini artıq yalnız ağaclar deyil səki də zəbt edir.