Xudatda saat 14:30 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 27 dekabr tarixində məlumat verir.
Hadisə M.F.Axundov küçəsində baş verib. Eyni istiqamətdə hərəkət edən “Mercedes 190” və “VAZ-2106” markalı avtomobillər toqquşub.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, qəza ara məsafənin saxlanılmaması səbəbindən baş verib.