Xudat-Yalama yolunun 1-ci kilometrliyini su basıb.
Shimal.News xəbər verir ki, ötən gün yağan yağışdan sonra ərazidə uzun məsafədə gölməçələr əmələ gəlib. Bu səbəbdən sürücülər hərəkət üçün qarşı zolağa çıxmağa məcbur olurlar.
Yerli sakinlərin sözlərinə görə, yolun çəkilişi zamanı drenaj sistemi düzgün qurulmayıb.
“Hər dəfə yağış yağanda eyni vəziyyət yaranır. Günlərlə bu ərazidən keçmək çətinləşir. Bəzən suyun səviyyəsi yarım metrə qədər yüksəlir. Müvafiq qurumlara dəfələrlə məlumat verilsə də, problem hələ də aradan qaldırılmayıb”, - deyə sakinlər bildiriblər.