Xudat şəhərində iki avtomobil toqquşub. Bu barədə ShimalNews 24 dekabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi saat 10:00 radələrində avtovağzalın qarşısında qeydə alınıb. Burada “VAZ-2106” markalı avtomobil “VAZ-2107” markalı nəqliyyat vasitəsinə çarpılıb. Xəsarət alan olmayıb.
Hadisə yerinə polis və sığorta işçiləri cəlb olunublar.