Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən ağır qəza qeydə alınıb.
Shimal.News xəbər verir ki, hadisə magistralın Xızı rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Mercedes ” markalı avtomobil beton maneəyə çırpılıb. Zərbənin təsirindən avtomobili alışıb. Qəzada yanıq xəsarətləri alan 26 yaşlı sürücü Cəmil Hacıəliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.