Xızı rayonunda qarlı hava yol-nəqliyyat hadisəsinə səbəb olub.
Shimal.News xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda qəfil əyləcdən istifadə edib. Nəticədə nəqliyyat vasitəsi sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.
View this post on Instagram