Şıxəliyev Ceyhun Oktay oğlu 1994-cü il yanvarın 10-da Xaçmaz şəhərində anadan olub. O, Xaçmaz şəhəri 1 saylı orta məktəbdə təhsil alıb.
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında yüksək şücaət göstərib. Füzuli, Suqovuşan və Ağdamın azad olunmasında fərqlənib. Bu uğurlara görə "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmət ordeni" ilə də təltif edilib.