Xaçmazlı gənclər "Ənənədən Səhnəyə" rəqs müsabiqəsində uğur qazanıblar
Shimal.News məlumat verir ki, yarış Bakı Gənclər Mərkəzində baş tutub.
Bu müsabiqədə Xaçmaz Uşaq İncəsənət Məktəbinin müəlliməsi (xoreoqraf) Səriyyə Musəvi və onun şagirdləri ("Azəri" və "Şimal Ulduzlar" rəqs qrupları) müxtəlif janrlarda çıxış ediblər. Nəticədə onlar çoxsaylı medal və diplomlarla geri dönüblər.