top
Xaçmazın mərkəzində baxımsızlıq hökm sürür
Video
30 aprel 2026, 13:17
- ↺ +

Xaçmazın mərkəzində baxımsızlıq hökm sürür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhərinin Bakı prospektində yerləşən Heydər Əliyev seyrəngahı uzun müddətdir baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşüb.

Shimal.News-a daxil olan məlumata görə, vaxtilə istirahət üçün nəzərdə tutulmuş fəvvarələr tamamilə quruyub, su hovuzları isə istifadəsiz qalıb. Fəvvarə sisteminin texniki hissələri açıq vəziyyətdədir, bəzi yerlərdə konstruksiyalar sıradan çıxıb. Hovuzların içərisi çirkli və baxımsızdır, suyun olmaması isə ərazinin ümumi görünüşünü daha da korlayır.

Seyrəngahdakı piyada yolları və oturacaqlar da baxımsız qalıb. Səki örtüyündə aşınma, bəzi hissələrdə isə dağılma müşahidə olunur. Yaşıllıq sahələrinə qulluq zəifdir, otlar biçilməyib, ərazidə ümumi abadlıq işlərinin aparılmadığı hiss olunur.

Parkın girişində yerləşən heykəllərin baş hissələri sındırılıb. Gecə işıqlandırma sisteminin bir hissəsinin işləmədiyi də bildirilir ki, bu da ərazidə təhlükəsizliklə bağlı narahatlıq yaradır.

Sakinlərin sözlərinə görə, seyrəngah əvvəllər şəhər sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarından biri olub. Lakin son dövrlər baxımsızlıq səbəbindən əraziyə maraq azalıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan istirahət mühitinin yararsız vəziyyətə düşməsi valideynlərin narazılığına səbəb olur.

Bir vaxtlar işıqlandırılan və abad görünüşü ilə seçilən seyrəngah indi baxımsızlıq və laqeydliyin simvoluna çevrilib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər