Xaçmazda səhər saat 9:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Shimal.News-a məlumat daxil olub.
Bildirilir ki, Xaçmaz-Xudat yolunun Müzəffəroba kəndi yaxınlığına “BMW”, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub. Nəqliyyat vasitələri yararsız hala düşüb.
İlkin məlumata görə, xəsarət alanlar var. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.