Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, Xaçmaz - Şabran avtomobil yolunun Ağçay körpüsü ərazisindən keçən hissəsində “KamAz” markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.