Xaçmazda yük avtomobili divara çırpılıb.
Report.az-ın məlumatına görə, Əzim-Sima Hüseyn Ehtibar oğlu idarə etdiyi "Kamaz" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib.
Avtomobil yolun sağ kənarındakı divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.