Xaçmaz şəhərində General Hüseyn Rəsulbəyov küçəsinin bir hissəsi bağlıdır.
Shimal.News-un əldə etdiyi məlumata görə, həmin ərazidə avtomobillər geri dönməli olur. Sürücülər alternativ olaraq İmaməddin Nəsimi, S.Sultanov və M. K.Atatürk küçələrindən istifadə edə bilərlər.
Yolda yaranan məhdudiyyət, H.Əliyev prospektində yeni qurulan parkda təmir işləri ilə əlaqədardır.