Xaçmaz rayonunun Həsənqala kəndində yerli sahibkarların dəstəyi ilə kəndi Qusarçay–Yeni Həyat magistral yolu ilə birləşdirən yolun asfaltlanması işlərinə başlanılıb.
Shimal.News xəbər verir ki, əsaslı təmiri aparılan bu yol kənd əhalisinin gündəlik həyatında mühüm rol oynayacaq, hərəkətin daha rahat, təhlükəsiz və müasir standartlara uyğun şəkildə təşkilinə şərait yaradacaq. Onun uzunluğu 2 kilometr təşkil edəcək.
Statistik məlumatlara əsasən, 2009-cu ildə burada əhalinin sayı 1678 nəfər olub. Sakinlər əsasən, əkinçilik, maldarlıq, toxumçuluq, bağçılıqla məşğul olur.
