Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, qəza Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-2109” və “Audi” markalı minik avtomobilləri toqquşub.
Hadisədə “VAZ”-ın sürücüsü və sərnişini xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.