Xaçmazda piyada səkisində uçan divarın fəsadları bir neçə gündür aradan qaldırılmayıb. Bu barədə ShimalNews-a 29 dekabr tarixində məlumat daxil olub.
Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Burada baş vermiş qəza zamanı “Mercedes” markalı avtomobil hasara çarpılıb. Şahidlərin sözlərinə görə, avtomobil səkidəki ağacı gövdəsindən sındıraraq divarı aşırıb.
“Qəzanın 2-3 gün öncə baş verməsinə baxmayaq, divarın daşları, avtomobilin ehtiyat hissələri piyada səkisində qalıb”, - deyə sakin bildirib.
[caption id="attachment_34398" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]