Xaçmaz şəhərində yanvarın 11-i saat 22:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-a daxil olan məlumata görə, H.Z.Tağıyev küçəsində (məktəbin qarşısında) “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub.
Xəsarət alan olmayıb, lakin nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
View this post on Instagram