Xaçmazda yol-nəqliyyat hadisəsində 1 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib. “Ford” markalı avtomobil Qusarçay çayının üzərindəki körpüdən aşıb. Nəticədə xəsarət alan sürücü Mehdi İsayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.