Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 6 mart tarixində xəbər verir.
Hadisə martın 5-i saat 23:00 radələrində baş verib. Xaçmaz dairəsindən təxmini 300 metr aralıqda “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Şahidlərin sözlərinə görə, “Mercedes” qəfil əyləcdən istifadə edib və toqquşma baş verib.