Xaçmaz dairəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 8 fevral tarixində məlumat verir.
Hadisə fevralın 7-si saat 18:00 radələrində baş verib. “Mercedes” və “Fiat” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə DYP və sığorta əməkdaşları cəlb edilib.