Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Çinartala kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili ağaca çırpılıb və ikiyə bölünüb. Nəqliyyat vasitəsinin salonunda olan 3 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.