Xaçmazda piyadaların təhlükəsizliyi üçün “danışan” işıqfor quraşdırılıb. Bu barədə ShimalNews 29 dekabr tarixində məlumat verir.
İlk dəfə bu növ cihaz şəhərin N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində quraşdırılıb. Qurğu ”gözləyin” və “keçin” sözlərindən istifadə edir.
Daha öncə adıçəkilən yerdə işıqforun çalışmadığı haqda xəbər vermişdik.
View this post on Instagram