top
Xaçmazda bu fermerlər dövlət dəstəyi alacaq
17 dekabr 2025, 10:00
- ↺ +

Xaçmazda bu fermerlər dövlət dəstəyi alacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda 8 188 fermer əkinlərini bəyan edərək subsidiya almaq hüququ qazanıb. Rayon üzrə EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 77 faizi meyvə bağları ilə əlaqədardır.

Shimal.News xəbər verir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq EKTİS-də çoxillik əkmələrin bəyanı da həyata keçirilir.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Xaçmaz rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 17-dək Xaçmaz rayonu üzrə 8 188 fermer artıq öz əkinlərini bəyan ediblər. EKTİS-ə fermerlər tərəfindən 22 917 bəyan sənədi yüklənib. Xaçmaz rayonu əsasən meyvəçilik üzrə ixtisaslaşdığına görə EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 77 faizi, yəni 17 635 bəyan çoxillik əkmələrlə bağlıdır. Rayon üzrə payızlıq əkinlərə dair 5 282 bəyan EKTİS-ə işlənib.

Xaçmaz rayonu üzrə əkin bəyanları ümumilikdə 20 912 hektar sahəni əhatə edir.

Subsidiyaların verilməsinin elektronlaşdırılması rayonlar və ümumi respublika üzrə əknilərin strukturunu tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Təhlil üçün lazım olan dataların əksəriyyəti payızlıq və yazlıq əkinlərin bəyanı zamanı EKTİS-də formalaşır. Mövcud bəyanlar Xaçmaz rayonu üzrə meyvə bağlarının skturkturunu müəyyən etməyə imkan yaradır. Dekabrın 16-dək Xaçmaz rayonu üzrə 4297 fermer fındıq bağını, 2949 fermer gilas bağını, 1868 fermer şaftalı bağını, 558 fermer gavalı bağını, 407 fermer alma bağını, 215 fermer xurma bağını, 200 fermer armud bağını, 195 fermer qaysı bağını, 143 fermer alça bağını, 102 fermer nektarin bağını, 70 fermer ərik bağını, 43 fermer qoz bağını, 39 fermer albalı bağını, 33 fermer zoğal bağını, 18 fermer badam bağını, 13 fermer heyva bağını, 11 fermer əzgil bağını, 16 fermer üzüm bağını (süfrə və texniki), iki fermer nar bağını, 1 fermer püstə bağını, 1 fermer isə əncir bağını EKTİS-də bəyan edərək subsidiya üçün müraciət edib.

Qeyd edək ki, EKTİS-də respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər