Xaçmazın girişində yeni tikilən, lakin dəfələrlə təmir olunan yol ayırıcısı növbəti qəzadan sonra bərpa edilib. Bu barədə ShimalNews 9 dekabr tarixində məlumat verir.
Adıçəkilən ərazidə daim qəzalar baş verir. Bir neçə gün öncə “VAZ-2199” markalı avtomobil burada qəzaya düşmüşdü. Artıq 2-ci dəfə aşan işıqlandırma dirəyi təmir olunub. Sakinlər isə bildirirlər ki, bu yerdə artıq 20-yə yaxın qəza baş verib.
“Bunun bir çıxış yolu olmalıdır. Sürücülərə nə qədər zərər dəyməlidir ki, tədbir görülsün?”, – deyə sakinlər bildiriblər.