Xaçmaz şəhərində velosipedçi qəzaya uğrayıb. Bu haqda ShimalNews 19 avqust tarixində “Apa”ya istinadən məlumat verir.
Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili Erik Mikayılovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 28 yaşlı gənc Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.