Bu gün səhər saatlarında Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, avtomobil 69 yaşlı Xaçmaz şəhər sakini Zərifə Əliyevanı vurub. Nəticədə qadın yerindəcə dünyasını dəyişib.
Bədbəxt hadisə nəticəsində ölən qadının yerli MKİS-də süpürgəçi işlədiyi bildirilir. Onu vuran sürücünün kimliyi məlum deyil.
Faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma aparılır.