Xaçmaz-Qımıl avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Report.az-ın məlumatına görə, rayonun Köhnə Xaçmaz kənd sakini, 52 yaşlı Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub.
Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.