Xaçmaz-Xudat yolunda avtomobil marketə girib. Bu barədə ShimalNews 2 dekabr tarixində məlumat verir.
Günorta saatlarında “Subaru” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə o, yolun kənarında yerləşən “Bərəkət” marketə çarpılaraq mağazanın içərisinə daxil olub.
Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.