Xaçmaz rayonunda irigövdəli ağac avtomobilin üstünə aşıb.
AZƏRTAC-ın məlumatına görə, hadisə iyulun 6-sı axşam saatlarında rayonun Nərəcan kəndi ərazisində (Gəndob-Yalama yolu) baş verib.
İrigövdəli ağac kökündən qoparaq “VAZ-21011” markalı minik avtomobilin üstünə düşüb. Nəticədə nəqliyyat vasitəsinə ziyan dəyib və ərazidəki rabitə və internet xətləri qırılıb.
