Xaçmaz rayonunda yolu keçən 7 yaşlı uşağı avtomobil vurub.
Report.az-ın məlumatına görə, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.