Xaçmaz şəhərində 2025-ci il üçün nəzərdə tutulan küçə təmir layihəsinin icrası artıq başa çatmaq üzrədir.
Shimal.News xəbər verir ki, bu il şəhərin 22 küçəsi asfaltlanaraq istifadəyə verilib. Hazırda isə Qasım bəy Zakir (M.Ə.Sabir) küçəsində son asfaltlanma işləri həyata keçirilir.
Növbəti mərhələ çərçivəsində, şəhərdə təmirə ehtiyacı olan digər küçələrin siyahısı hazırlanaraq layihəyə daxil ediləcək. Asfaltlanma işləri tamamlandıqdan sonra, küçələrdə mövcud olan xırda çalaların aradan qaldırılması və digər təmir işlərinə başlanacaq.