Xaçmaz şəhərinin Məmməd Əmin Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, “VAZ 21015” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.