Xaçmaz rayonunda gənci avtomobil vurub. Bu barədə ShimalNews 13 fevral tarixində Sonxeber.az-a istinadən məlumat verir.
Hadisə Azad Dadaşov yolu keçən zaman baş verib.
Xəstəxanaya çatdırılan 22 yaşlı gəncə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Onun vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma aparılır.