Xaçmaz rayon sakinləri qəzada xəsarət alıblar. Bu barədə ShimalNews 28 noyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə Bakı-Quba yolunun Şabran rayonu, Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR "Opel" markalı minik avtomobilinə çarpılıb. Qəzaya səbəb adıçəkilən yolda hərəkət edən "VAZ-2107" markalı avtomobilin ötmə əməliyyatını düzgün seçməməsi olub.
Xaçmaz rayon sakinləri: 31 yaşı Ceyhun Süleymanov, 23 yaşlı Lamiyyə Süleymanova və 5 yaşlı İsmayıl Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.